Ermənistan Baş naziri Nikol Paşinyan gecə saatlarında əldə edilən razılıq barədə danışıb.
Az.rasthaber.com “İnterfaks”-a istinadən xəbər verir ki, Yerevanın Moskva və Bakı ilə birlikdə Dağlıq Qarabağda müharibənin bitməsinə dair bəyanatın qəbul edilməsinə ordu təkid edib.
Bunu işğalçı Ermənistan rejiminin Baş naziri Nikol Paşinyan bildirib.
“Mən ordu uzun müddət bu cür addımın zəruriliyi haqda bildirəndən sonra qərarı qəbul etdim. Ordu deyirdi ki, dayanmaq lazımdır, müəyyən problemlər var, onların həlli üçün ya perpektiv görsənmir, ya da onların həlli üçün resurslar tükənib, problemlərimiz var”, - deyə o, qeyd edib.
Onun sözlərinə görə, bəyanatın tərkibi erməni tərəfi üçün sərfəli deyil.
“Lakin əks halda, əgər razılıq imzalanmasa idi, bu, bizim döyüş qabiliyyətimizə mənfi təsir göstərərdi”, - deyə Paşinyan əlavə edib.