Paşinyan da Ərdoğanın inaqurasiya mərasimində iştirak edəcək

Paşinyan da Ərdoğanın inaqurasiya mərasimində iştirak edəcək

Nikol Paşinyan Türkiyənin seçilmiş prezidenti Rəcəb Tayyip Ərdoğanın inaqurasiya mərasimində iştirak edəcək.

Az.rasthaber.com İnterfax-a istinadən xəbər verir ki, Ermənistanın baş naziri Nikol Paşinyan Türkiyənin seçilmiş prezidenti Rəcəb Tayyip Ərdoğanın inaqurasiya mərasimində iştirak edəcək.

“Ermənistan Respublikası Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın inaqurasiya mərasimində iştirakına dəvət alıb. İyunun 3-də Ermənistanın baş naziri Nikol Paşinyan mərasimdə iştirak üçün Ankaraya yola düşəcək”, – Ermənistan hökumətinin mətbuat xidməti cümə günü məlumat verib.

Qeyd edək ki, Ərdoğanın andiçmə mərasiminə 78 ölkədən yüksək rütbəli rəsmilər iştirak edəcək. Onlardan 21 nəfəri prezident, 13 baş nazir olacaq.

Xəbəri paylaş

VİDEOLAR