Bu barədə ölkənin daxili işlər naziri Jerald Darmanen məlumat verib.
Rasthaber Azərbaycan RT-a istinadən xəbər verir ki, Fransada nümayişlər zamanı xəsarət alan polislərin sayı 98 nəfər olub.
Bu barədə ölkənin daxili işlər naziri Jerald Darmanen məlumat verib.
O qeyd edib ki, xəsarət alan hüquq-mühafizəçilərinə tam dəstəyini ifadə edir.
Nazir həmçinin əlavə edib ki, bu zorakılığa görə cavabdeh olanlar məsuliyyətə cəlb edilməlidirlər.
Xatırladaq ki, daha öncə Fransa DİN bildirmişdi ki, Parisdə “Qlobal təhlükəsizliyə dair” qanunun qəbul edilməsi əleyhinə keçirilən etiraz aksiyasında 46 min insan iştirak edib.