Pakistanla sərhəddə terrorçularla qarşıdurmada İranın dörd hərbçisi həlak olub

Pakistanla sərhəddə terrorçularla qarşıdurmada İranın dörd hərbçisi həlak olub

İranın Pakistanla sərhəddə yerləşən Səravan bölgəsində silahlılarla atışmada İslam İnqilabının Keşikçilər Ordusunun dörd hərbçisi həyatını itirib.

Az.rasthaber.com xəbər verir ki, bu barədə İran İslam İnqilabının Keşikçilər Ordusunun İctimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.

Bildirilib ki, bu gün sübh Sepah-ın bölgədə “Qəmər Bəni-Haşim” briqadasının qüvvələri ilə bir terror qrupun üzvləri arasında atışma baş verib.

Nəticədə biri Sepah və üçü “Bəsic” könüllüsü olmaqla dörd təhlükəsizlik işçisi həyatını itirib.

Qrup üzvləri itki verərək, geriyə Pakistan ərazisinə qayıdıblar.

Xəbəri paylaş

VİDEOLAR