Pakistanda yeni baş nazir seçilib.
Az.rasthaber.com "MEHR"ə istinadən xəbər verir ki, Pakistanda müxalifət blokunun namizədi Şahbaz Şərif parlamentdə keçirilən səsvermədə Baş nazir seçilib.
Qeyd edək ki, Pakistanın baş naziri İmran Xan etimadsızlıq səsverməsindən sonra istefaya göndərilib.
Xatırladaq ki, Pakistan Müsəlman Liqası-Nəvaz Partiyasının (PML-N) lideri Şahbaz Şərif və İmran Xanın Pakistan Ədalət Hərəkatı Partiyasından (PTI) keçmiş xarici işlər naziri Şah Mahmud Qureşi baş nazir postu üçün müraciət edib.