Pakistanın xarici işlər naziri Şah Mahmud Qureyşi İranın Məşhəd şəhərində İmam Rza (ə) ziyarətgahını ziyarət edib.
Rasthaber Azərbaycan xəbər verir ki, Pakistanda sülhün və rəfahın bərqərar olması, həmçinin İslam Ümmətinin birliyi üçün dua etdiyini qeyd edən nazir Şah Mahmud Qureyşi, hər il yarım milyon pakistanlı zəvvarların ziyarətə getdiyini bildirib və mükəmməl təşkilatçılıq üçün İrana təşəkkür edib.
Pakistanın xarici işlər naziri İmam Rzanın (ə) pak hərəmini ziyarət etdikdən sonra Razavi Qods İdarəsinin rəhbəri ilə də görüşüb.
Humbled to pay my respects at the Shrine of Hazrat Imam Raza (A.S), praying for peace & prosperity of ???????? & for unity of the Muslim Ummah. Pakistan is grateful to #Iran for the excellent arrangements for more than half a million Pakistani Zaireen who visit Mashhad every year. pic.twitter.com/Nbje2ENkBy
— Shah Mahmood Qureshi (@SMQureshiPTI) April 22, 2021