Pakistanın xarici işlər naziri Bağdada səfər edib

Pakistanın xarici işlər naziri Bağdada səfər edib

Pakistanın xarici işlər naziri Bilavel Bhutto Zərdari rəsmi danışıqlar aparmaq üçün İraqın paytaxtı Bağdada gedib.

Az.rasthaber.com xəbər verir ki, Zərdari Bağdaddakı təmasları çərçivəsində İraqın xarici işlər naziri Fuad Hüseyn, o cümlədən prezident Əbdüllətif Rəşid və baş nazir Məhəmməd Şia əl-Sudani ilə görüşəcək.

İraq Xarici İşlər Nazirliyinin sözçüsü Əhməd Əl-Sahaf bildirib ki, xarici işlər naziri Fuad Hüseyn pakistanlı həmkarı ilə birgə mətbuat konfransı keçirəcək.

Sahafın sözlərinə görə, Bağdadda keçiriləcək görüşdə İraq və Pakistan arasında iki anlaşma memorandumu imzalanacaq.

Xəbəri paylaş

VİDEOLAR