Pakistanın Kabildəki səfirliyini partlatmaq istəyən terrorçu ələ keçib

Pakistanın Kabildəki səfirliyini partlatmaq istəyən terrorçu ələ keçib

Pakistanın Əfqanıstandakı səfirliyinə hücum edən şəxs ələ keçirilib.

Az.rasthaber.com SalamNews-a istinadən xəbər verir ki, Taliban hökumətinin sözcüsü Zəbihullah Mücahid bu barədə tvitter səhifəsində məlumat verib.

Bildirilib ki, ötən həftənin cümə günü Kabildə Pakistan səfirliyinə hücum edən şəxs bu gün paytaxt ərazisində ələ keçirilib.

Onun xarici vətəndaş və İŞİD-ə üzv olduğu bildirilib.

Qeyd edək ki, cümə günü iki silahlı Pakistan səfirliyinə hücum etmiş, lakin içəri daxil ola bilməmişdilər.

Xəbəri paylaş

VİDEOLAR