Pakistanın Bəlucistan əyalətinə edilən bombalı hücum nəticəsində 13 nəfər yaralanıb.
Az.rasthaber.com xəbər verir ki, ölkə mətbuatında yer alan xəbərə görə, vilayətin Huzdar bölgəsində bir küçədə motosikletə yüklənmiş bomba partladılıb.
Hücum zamanı 13 nəfər yaralanıb.
Hücuma görə hələ ki, heç kim məsuliyyəti öz üzərinə götürməyib.
Pakistan Talibanı (TTP) terror təşkilatı Pakistan hökuməti ilə atəşkəsə son qoyduqdan sonra ölkə daxilində hücumlar artıb.