20 sentyabrda vətəndaşlara peyvənd olunmaları üçün verilmiş müddət başa çatıb.
Rasthaber Azərbaycan xəbər verir ki, Pakistanın Sind əyalətində əhalinin vaksinasiya göstəricisini artırmaq cəhdi istiqamətində radikal addımlara əl atılıb.
Belə ki, 20 sentyabrda vətəndaşlara peyvənd olunmaları üçün verilmiş müddət başa çatıb.
Artıq, yerli administrasiyanın göstərişinə əsasən, polis peyvənd olunmamış bütün vətəndaşları, xüsən də avtomagistrallarda hərəkət zamanı görülən vaksin olunmayanları həbs edəcək.
Bundan başqa, yerli Operativ Qərargah vaksinasiya olunmamış şəxslərə qatarlardan istifadəni də qadağan edib.
Rəhbərlik nəqliyyat şirkətlərinin bütün əməkdaşlarının vaksinasiya olunmasına dair göstəriş verib. Bundan boyun qaçıranların isə avtobuslar və digər avadanlıqları müsadirə ediləcək. Oxşar tədbir mehmanxana və restoran əməkdaşları ilə bağlı da görülüb.