Pakistanda terror: Ölənlər var

Pakistanda terror: Ölənlər var

Pakistanın Bəlucistan əyalətində kömür mədənində baş verən partlayış nəticəsində azı 11 nəfər ölüb.

Az.rasthaber.com xəbər verir ki, Pakistanın Bəlucistan əyalətində kömür mədəninin yaxınlığında partlayış baş verib.

Bəlucistan polisi bildirib ki, ən azı 11 mədən işçisi həyatını itirib, çoxlu sayda yaralı var.

Partlayışa görə məsuliyyəti hələlik heç bir qrup öz üzərinə götürməsə də, Pakistan prezidenti və baş naziri bu gün Bəlucistan əyalətinin Hernai rayonunda baş verən partlayışı pisləyib və ölkənin terrorla mübarizəyə sadiqliyini təkrarlayıb.

Xəbəri paylaş

VİDEOLAR