Pakistanın Kvetta şəhərində (Bəlucistan əyaləti) tibb mərkəzinin yaxınlığında partlayış törədilib.
Az.rasthaber.com “Express Tribune”-yə istinadən xəbər verir ki, zərbə dalğası yaxınlıqdakı evlərin pencələrini sındırıb və avtomobillərə zərər vurub.
Azı 4 dinc sakin həyatını itirib, 16 nəfər isə yaralanıb. Xəsarət alanlara tibbi yardım göstərilib.
Regionun Baş naziri Mir Əbdül Quddus Bizenco terror aktını pisləyib və əyalət paytaxtındakı təhlükəsizlik tədbirləri ilə bağlı narazılığını ifadə edib.