Pakistanda təbii fəlakət: Ölənlər var

Pakistanda təbii fəlakət: Ölənlər var

Pakistanın şimal-qərbindəki Xeybər-Paxtunxva əyalətində leysan yağışları insan tələfatına səbəb olub.

Az.rasthaber.com "Report"-a istinadən xəbər verir ki, təbii fəlakət nəticəsində azı 7 nəfər ölüb, 16 nəfər yaralanıb.

Güclü yağışın səbəb olduğu torpaq sürüşməsi və damın çökməsi nəticəsində ölənlər arasında qadın və uşaqların olduğu bildirilir.

Azı 19 ev və binaya qismən ziyan dəyib və ya tamamilə dağılıb.

Xilasetmə əməliyyatları davam edir.

Xəbəri paylaş

VİDEOLAR