Pakistanda təbii fəlakət: 195 ölü, 362 yaralı

Pakistanda təbii fəlakət: 195 ölü, 362 yaralı

Pakistanda yağan leysan yağışlar və onların səbəb olduğu daşqınlar nəticəsində 195 nəfər həyatını itirib.

Az.rasthaber.com xəbər verir ki, bu barədə Pakistan Təbii Fəlakətlərlə Mübarizə üzrə Milli İdarəsindən bildirilib.

Həmçinin 362 nəfər də təbii fəlakət zamanı xəsarət alıb.

Təkcə son sutka ərzində yeddi sakin həlak olub.

Daşqınlardan ən çox Pəncab əyaləti zərər çəkib.

Bu gün - 19 avqustda ölkənin fərqli-fərqli bölgələrində güclü yağış gözlənilir. Leysanlar paytaxt İslamabad şəhərində, həmçinin Ravalpindi, Qucranvala, Lahor, Şeyxupura, Kasur, Sialkot, Sarqodha, Faisalabad və Pişəvarda daşqınlara səbəb ola bilər.

Xəbəri paylaş

VİDEOLAR