Pakistanda polis bölməsi partladılıb.
Az.rasthaber.com xəbər verir ki, canlı bombanın özünü partlatması nəticəsində 10 nəfər ölüb, 28 nəfər yaralanıb.
Xeyber-Paxtunxva əyalətinin Svat bölgəsinin Kabal şəhərində qeydə alınan hadisədə ardıcıl 2 partlayışdan sonra polis məntəqəsi dağılıb.
Hücuma görə məsuliyyəti hələlik heç kim üzərinə götürməyib.
Hücumla bağlı istintaq başladılıb.