Pakistanın Bəlucistan əyalətində polis avtomobilini hədəf alan terror hücumunda ilk təsbitlərə görə 3 nəfər ölüb.
Az.rasthaber.com xəbər verir ki, Kuetta şəhərinin Baleli rayonunda polisi daşıyan avtomobilə terror hücumu nəticəsində 15-i polis olmaqla 30-dan çox adamın yaralandığı bildirilib.
Talibanın Pakistan qolu hücuma görə məsuliyyəti öz üzərinə götürüb.
Hücum, qruplaşma ilə İslamabad arasında mayın 10-da başlayan atəşkəsin noyabrın 28-də başa çatmasından az sonra baş verib.
Qeyd edək ki, dünən Bəlucistanın Hoşab bölgəsində baş verən qarşıdurmada təhlükəsizlik qüvvələri 10 silahlını məhv edib.