Bu barədə Pakistanın xarici işlər naziri Şah Mahmud Qureyşi bildirib.
Rasthaber Azərbaycan RİA-ya istinadən xəbər verir ki, Pakistanın Səhiyyə Nazirliyi Rusiya istehsalı COVID-19 əleyhinə vaksinin tədarükü təklifini gözdən keçirir və vaksinin sonrakı kliniki sınaqlarının keçirilməsi mərhələsinə də baxa bilər.
Bu barədə Pakistanın xarici işlər naziri Şah Mahmud Qureyşi bildirib.
“Bu, çox müsbət hadisədir, biz Rusiya hökumətini təbrik edirik. Bu, həm də Rusiyanın tibbi elmlərdə ixtisaslaşmasının sübutudur. Təklif irəli sürülüb və Pakistan Səhiyyə Nazirliyində müzakirəyə çıxarılıb”, – deyə Qureyşi rusiyalı həmkarı Sergey Lavrovla görüşdən sonra bildirib.
“Biz (təkliflərə) açığıq, biz bunu gözdən keçirə bilərik”, – deyə o, Pakistanda vaksinin sonrakı kliniki sınaqlarının keçirilməsi imkanları barədə suala cavab verərkən bildirib.
Qeyd edək ki, Rusiya dünyada ilk COVID-19 xəstəliyinə qarşı peyvəndi hazırlayaraq qeydiyyatdan keçirib və ona “Sputnik V” adı verilib.