Bu barədə Pakistan Baş naziri İmran Xan BMT Baş Assambleyasının 76-cı sessiyasında bəyan edib.
Rasthaber Azərbaycan xəbər verir ki, dünya ictimaiyyəti Əfqanıstan xalqının rifahı və bu ölkədə humanitar böhranın baş verməməsi üçün Əfqanıstanın yeni hökumətini dəstəkləməlidir.
Bu barədə Pakistan Baş naziri İmran Xan BMT Baş Assambleyasının 76-cı sessiyasında bəyan edib.
O bildirib ki, Əfqanıstanda “Taliban” tərəfindən qurulmuş yeni hakimiyyətlə dialoq qurulmalıdır.
Xan qeyd edib ki, qeyri-stabil Əfqanıstan yenidən beynəlxalq terrorçuluğun “limanına” çevrilə bilər.
O deyib ki, BMT-in məlumatlarına əsaslanaraq, əgər Əfqanıstandakı vəziyyət gözardı edilərsə, artıq 2022-ci il üçün Əfqanıstan əhalisinin 90%-i yoxsullaşa bilər.