Özbəkistan Əfqanıstana 170 ton humanitar yardım edib

Özbəkistan Əfqanıstana 170 ton humanitar yardım edib

Özbəkistan Xarici İşlər Nazirliyi Əfqanıstana 170 ton humanitar yardım göndərdiklərini bildirib.

Az.rasthaber.com xəbər verir ki, Nazirliyin açıqlamasında qeyd olunub ki, un, buğda, düyü, bitki yağı, konserv, paltar və ayaqqabı kimi materiallardan ibarət yardım paketləri Əfqanıstanın Hayratan şəhərinə çatdırılıb.

Qeyd olunub ki, yardım karvanına prezidentin Əfqanıstan üzrə xüsusi nümayəndəsi İsmetulla Erqaşev və Surhandərya vilayətinin qubernatoru Tora Babalov da müşayiət edib.

Əfqanıstanın Bəlx vilayətinin qubernatoru Məhəmməd Davud Müzəmmil yardımların təhvili münasibəti ilə təşkil edilən mərasimdə etdiyi çıxışında: “Özbəkistan administrasiyasına çətin bir dövrdə göstərdiyi dəstəyə görə minnətdarlığımızı bildiririk. Əfqanıstana çatdırılan bu yardımlar iki ölkə xalqları arasındakı qardaşlıq münasibətlərinin göstəricisidir”.

Xatırladaq ki Özbəkistan Ramazan ayında dəmir yolu ilə Əfqanıstana 4 min ton, iyunda isə 74 ton humanitar yardım göndərib.

Xəbəri paylaş

VİDEOLAR