Özbəkistan öz bazalarının NATO qüvvələrinə verilməsinə dair ABŞ-la danışıqlar aparmaqdan imtina edib.
Az.rasthaber.com xarici mediaya istinadən xəbər verir ki, bu barədə Özbəkistan parlamentinin sədrinin müavini Sadiq Səfayev bəyan edib.
Onun sözlərinə görə, Özbəkistan rəsmilərinin bu cür dialoq aparmaq haqqı yoxdur, çünki “qanun buna imkan vermir”.
Hazırda ABŞ rəsmilərinin Özbəkistanla əlaqə qurub-qurmadığı məlum deyil.