“Qüds naminə avropalılar” hüquq-müdafiə təşkilatı Qüds şəhəri ilə barədə aylıq hesabat dərc edib.
Az.rasthaber.com “palinfo”-ya istinadən xəbər verir ki, aparılan müşahidələrə əsasən, oktyabr ayında əl-Əqsa məscidindəİsrail qüvvələri və yəhudi mühacirlər 1 239 təxribat törədilib.
Həmin zaman ərzində İsrail qüvvələri fələstinlilərə 51 dəfə hücum, o cümlədən də silah hücum edib. Nəticədə 70 nəfər yaralanıb (güllə yaraları və qaz və səs qumbarlarının zədələri), 97 fələstinli dəyənəklə döyülüb, onlarla insan isə gözyaşardıcı qazdan zəhərlənib.
İsrail qüvvələri Qüdsün yaşayış kvartallarında 287 reyd keçirib, 8-i qadın olmaqla, 240 fələstinli həbs edilib.
Ötən ay fələstinlilərə aid 8 yaşayış evi, 30 ticari tikili, yanacaqdoldurma stansiyası və 2 camaşırxana dağıdılıb.
Həmçinin əl-Yusifiyyə mərazlığının dağıdılması prosesi davam edib.
Bundan başqa, fələstinlilərin şəhərdən deportasiya il bağlı 216 qərar qəbul edilib.
Yəhudi mühacirlər 18 dəfə fələstinlilərə hücum ediblər.