Macarıstanın baş naziri Avropanın Rusiyaya qarşı sanksiya siyasətini tənqid edərək deyib: "Rusları zəiflətmək üçün tətbiq olunan sanksiyalar onları təsir etmədi, əksinə sanksiyaların yaratdığı ağır inflyasiya və enerji çatışmazlığı Avropanı diz çökdürə bilər."
Az.rasthaber.com "Sputnik"ə istinadən xəbər verir ki, Macarıstanın baş naziri Viktor Orban deyib ki, Qərbin Rusiyaya qarşı tətbiq etdiyi minlərlə sanksiya planı düşünüldüyü kimi cavab vermədi, tam əksinə Avropanı ağır böhrana sürükləyir.
Macarıstanın baş naziri qeyd edib ki, Brüsselin bu siyasəti nə qədər davam etdirəcəyi qeyri-müəyyəndir.
O daha sonra xəbərdarlıq edərək əlavə edib: Bu blok proseduru dəyişməzsə, regionda enerji tükəndikcə Avropada vəziyyət daha da pisləşəcək.
Orban daha sonra, Macarıstanın qonşularının üzləşdiyi enerji çatışmazlığından əziyyət çəkməyəcəyini bildirib.