Oqtay Gülalıyevin vəziyyəti yaxşılaşır

Oqtay Gülalıyevin vəziyyəti yaxşılaşır

Hüquq müdafiəçisi Oqtay Gülalıyevin vəziyyəti getdikcə yaxşılaşır

Rasthaber Azərbaycan "Turan"a istinadən xəbər verir.

Xəbərə görə, hüquq müdafiəçisi Oqtay Gülalıyevin vəziyyəti getdikcə yaxşılaşır, xanımı Füruzə Gülalıyeva bildirib.

Onun sözlərinə görə, uzun müddətdir ki, fəalın hərarəti yüksəlmir. Böyrəklərdə kreatinin səviyyəsi normaya yaxındır. Əllərini hərəkət etdirə bilir. Bəzən hər iki gözünü açır.

İstanbulda “Amerika” klinikasında müalicə davam edir. 

“O, ətrafda danışılanları eşidir, sadəcə, beyin hərəkətdə olmadığı üçün deyilənlərə reaksiya verə bilmir”, - F.Gülalıyeva deyib. 

Xəbəri paylaş

VİDEOLAR