6.07.2022 10:22:58
Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) baş katibi Məhəmməd Barkindo vəfat edib.
Az.rasthaber.com APA-ya istinadən xəbər verir ki, bu barədə Nigeriyanın Milli Neft Korporasiyasının rəhbəri Mallam Mele Kyari öz “Twitter“ səhifəsində yazıb.
63 yaşlı Məhəmməd Barkindo 2016-cı ilin avqustundan OPEC-in baş katibi səlahiyyətlərini icra edirdi.