Omanın ticarət, sənaye və investisiyaların təşviqi naziri Qeys Muhəmməd ƏL Yusifin rəhbərlik etdiyi nümayəndə heyəti İrana səfər edəcək.
Az.rasthaber.com xəbər verir ki, Tehranda bir sıra təmaslar edəcək Omanlı nazirin İran Expo 2023 Sərgisinin açılış mərasimində iştirak edəcəyi öyrənilib.
Oman nümayəndə heyəti İranın Ticarət və Sənaye Palatasında keçirilməsi planlaşdırılan ticarət toplantısında iştirak edəcək.
Nümayəndə heyəti İranın bəzi istehsal və sənaye mərkəzlərinə də səfər edəcək.