Oman Sultanlığı İsrailə qarşı sanksiyalarını genişləndirib

Oman Sultanlığı İsrailə qarşı sanksiyalarını genişləndirib

Oman Sultanlığının Şura Məclisi (Parlament) İsrailə qarşı sanksiyaları genişləndirən qanun layihəsini təsdiqləyib.

Az.rasthaber.com SalamNews-a istinadən xəbər verir ki, Oman Sultanlığının İsrailə qarşı yeni qanununda iqtisadi, mədəni və idman sahəsinə aid əlaqələr də qadağan edilib. Qanuna yeni dəyişikliklər İsraillə əlaqələri cinayət xarakterli addım kimi qələmə verir.

Bundan öncə Oman Sultanlığı Şura Məclisinin mənbələri bildirmişdilər ki, İsrailin boykot edilməsi və ona qarşı sanksiyalar qanununda islahatlar həyata keçiriləcək. 

Buna görədir ki, Oman Sultanlığında İsraillə və onun işğal etdiyi ərazilərdə qurumlar və şəxslərlə birbaşa və dolayı müqavilələr qadağan edilib.

Məlumata görə, qanun İsraildə nümayəndəliyi olan şirkətlərə də aid edilir.

Bundan öncə Küveyt də İsraillə əlaqələri qadağan edən qanun qəbul etmişdi.

Qeyd edək ki, ötən yay İsrail mediası bildirib ki, Oman Sultanlığı İsrail təyyarələrinin öz səmasından keçməsilə bağlı müraciətə mənfi cavab verib. Bundan öncə region ölkələrindən BƏƏ və Bəhreyn İsraillə münasibətləri rəsmiləşdiriblər. Bu iki əmirlik və Səudiyyə Ərəbistanı krallığı İsrail təyyarələrinə hava məkanından keçməyə də icazə veriblər.

Xəbəri paylaş

VİDEOLAR