Oman Sultanı sabah Tehranda rəsmi mərasimlə qarşılanacaq

Oman Sultanı sabah Tehranda rəsmi mərasimlə qarşılanacaq

Oman Sultanı Heysəm bin Tariq İran prezidenti İbrahim Rəisinin dəvəti ilə sabah Tehrana səfər edəcək.

Az.rasthaber.com xəbər verir ki, Oman Sultanını İran səfərində böyük bir heyət müşayiət edəcək.

Oman sultanı Heysəm bin Tariq paytaxt Tehrandakı Səadabad sarayında İran prezidenti tərəfindən rəsmi mərasimlə qarşılanacaq.

İbrahim Rəisi-Heysem bin Tariq görüşündə ikitərəfli və regional məsələlərin müzakirə ediləcəyi gözlənilir.

Xəbəri paylaş

VİDEOLAR