Oman öz hava məkanının İsrail təyyarələri üçün açılmasına qarşıdır

Oman öz hava məkanının İsrail təyyarələri üçün açılmasına qarşıdır

İsrail mediası Omanın öz hava məkanını İsrail təyyarələri üçün açmasına qarşı olduğunu bildirib.

Az.rasthaber.com xarici mediaya istinadən xəbər verir ki, “İsrael Hayom” qəzeti Omanın İsrail təyyarələrinin öz hava məkanından keçməsinə qarşı olduğunu bildirib.

Qəzetdə yer alan xəbərə görə, bu qərar İsrail təyyarələrinin Səudiyyə Ərəbistanının hava məkanından keçməsinin qarşısını alır.

Qeyd edək ki, ötən ay Səudiyyə Ərəbistanı rəsmiləri ABŞ prezidenti Co Baydenin bölgəyə səfəri ilə eyni vaxtda, ölkənin hava məkanının İsrail aviaşirkətləri üçün açıldığını açıqlamışdı.

Xəbəri paylaş

VİDEOLAR