Sionist rejimin keçmiş baş naziri son çıxışında Netanyahunun beynəlxalq ictimaiyyət və israillilərin dəstəyini itirdiyi barədə xəbərdarlıq edib.
O əlavə edib: "Biz Fələstin problemini həll etmədən idarə edəcəyimizi düşünürdük. Düşünürdük vəziyyət gözlədiyimiz kimi olacaq".
Olmert əlavə edib: "Biz fələstinliləri zəif görürdük və onların heç bir şey edə bilməyəcəyinə və onlardan daha ağıllı və güclü olduğumuza inanırdıq, lakin sonda onlar bizə hücum etdilər".
Sionist rejimin keçmiş baş naziri deyib: "Biz girovların geri qaytarılması və beynəlxalq qüvvələrin Qəzzaya daxil olmasına icazə verərək HƏMAS-ın hakimiyyətə qayıtmasının qarşısını alan razılaşma ilə Qəzzada müharibəni bitirməliyik.