Olmert: İsrailin İrana qarşı geniş hərbi variantı yoxdur

Olmert: İsrailin İrana qarşı geniş hərbi variantı yoxdur

Sionist rejimin keçmiş baş nazirlərindən olan Ehud Olmert keçmiş həmkarı Benyamin Netanyahunun İranla bağlı dediklərinin boş söz olduğunu bildirib.

Az.rasthaber.com xəbər verir ki, Olmert deyib:

"Netanyahu boş-boş danışıb, İsrailin İrana qarşı hərtərəfli hərbi variantı yoxdur".

Qeyd edək ki, İsrailin keçmiş baş naziri Benyamin Netanyahu dünən gecə İrana qarşı kobud güc tətbiq etmək xəyallarının davamında deyib: "Mən Baydenə dedim ki, İranın nüvə silahına sahib olmasının qarşısını almaq üçün bu ölkəyə qarşı təcavüzkar hərbi seçim lazımdır".

Netanyahu Baydenlə görüşündə, İrana qarşı iqtisadi sanksiyaların və hətta müdafiə xarakterli hərbi koalisiyanın da kifayət etmədiyini iddia edib.

İran İslam Respublikasının rəsmiləri İrana qarşı istənilən axmaqca səhvə cavab verməyə hazır olduqlarını bəyan etdikləri bir vaxtda, Netanyahu İrana qarşı təhdidlərini davam etdirir.

Xəbəri paylaş

VİDEOLAR