Bundan başqa, Nyu Cersinin Liberti hava limanında 162, Bostonda 56 reys təxirə salınıb.
ABŞ-ın Nyu York şəhərinin hava limanlarında gözlənilən qar çovğunu ilə əlaqədar yüzlərlə aviareys təxirə salınıb.
Trend-in məlumatına görə, şəhər meri Bill de Blazio fövqəladə vəziyyət elan edib.
Qeyd olunur ki, Nyu Yorkun Kennedi hava limanında 154 aviareys və ya bütün uçuşların 72 faizi, La-Quardia hava limanında 106 reys (92 faiz) təxirə salınıb.
Nyu Yorkda gün ərzində aramsız qar və güclü küləyin olacağı proqnozlaşdırılıb. Bəzi yerlərdə qar örtüyünün 50 santimetrədək çatacağı gözlənilir.