Nyu-Yorkda fövqəladə vəziyyət elan olunub

Nyu-Yorkda fövqəladə vəziyyət elan olunub

Nyu-York ştatının qubernatoru meymunçiçəyinə görə ştatda fövqəladə vəziyyət elan edib.

Az.rasthaber.com APA-ya istinadən xəbər verir ki, bu barədə ştatın administrasiyasının saytında müvafiq məlumat yer alıb.

Qubernator bildirib ki, ABŞ-dakı hər 4 yoluxmadan biri Nyu-Yorkda qeydə alınır: “Komandam və mən bütün sutkanı vaksintəminatı, testlərin aparılması və əhalinin məlumatlandırılması üçün işləyirik” – deyə qubernator bildirib.

Son statistikaya görə ştatda 1345 nəfər meymunçiçəyinə yoluxub.

Xəbəri paylaş

VİDEOLAR