Bu barədə Suriyadakı Düşmən Tərəflərin Barışdırılması üzrə Rusiya Mərkəzinin rəhbər müavini kontr-admiral Aleksandr Qrinkeviç bildirib
Rasthaber Azərbaycan RT-yə istinadən xəbər verir ki, “Həyat Təhrir əş-Şam” (keçmiş adı – “Nusra Cəbhəsi”) terror təşkilatı İdlib deeskalasiya zonasının cənubunda zəhərləyici maddələrdən istifadə edərək təxribat hazırlayır.
Bu barədə Suriyadakı Düşmən Tərəflərin Barışdırılması üzrə Rusiya Mərkəzinin rəhbər müavini kontr-admiral Aleksandr Qrinkeviç məlumat verib.
Əldə olan məlumatlara əsasən, terrorçular Cəbəl-Zaviya yüksəkliyi bölgəsində müxbirləri də cəlb edərək saxta çəkilişlər həyata keçirməyi planlaşdırırlar. Terrorçular daha sonra bu videoları Yaxn Şərq və Qərb KİV-lərində, internetdə yayaraq Suriya ordusunu dinc əhaliyə qarşı kimyəvi silah istifadəsində ittiham etmək istəyirlər.
Xatırladaq ki, mart ayında terrorçular İdlib əyalətinin Səraqib bölgəsində kimyəvi hücum həyata keçirməyə cəhd etmişdilər.
Lakin o zaman terrorçularda lazımi təcrübə olmadığı üçün zəhərli maddənin saxlanıldığı qabın hermetikliyini pozaraq sızıntıya yol vermişdilər. Nəticədə də terrorçular güclü zəhərlənməyə məruz qalmışdılar.