Numan Kurtulmuş Ayasofyadan danışdı

Numan Kurtulmuş Ayasofyadan danışdı

Partiya sədrinin müavini Numan Kurtulmuş 15 iyulda Ayasofyanın muzeydən məscidə çevriləcəyinə dair xəbərlərə münasibət bildirib

Rasthaber Azərbaycan  “Sabah”-a istinadən xəbər verir ki, Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AKP) hesab edir ki, İstanbulda yerləşən Ayasofya muzeyi tezliklə məscid kimi ibadət yerinə çevriləcək.

Partiya sədrinin müavini Numan Kurtulmuş 15 iyulda Ayasofyanın muzeydən məscidə çevriləcəyinə dair xəbərlərə fikir bildirib.

“Ümid edirəm ki, o, daha da tez açılacaq. Əgər məndən soruşulsaydı, deyərdim ki, qoy o, günü bu gün açılsın”, – deyə o qeyd edib.

O, Ali məhkəmənin bu məsələ ilə bağlı ədalətli qərar qəbul edəcəyinə ümidini dilə gətirib.

“Gözləyirik ki, Ayasofya ibadət üçün açılacaq”, – deyə o əlavə edib.

Xəbəri paylaş

VİDEOLAR