İraqın “Nücəba” İslami Müqavimət Hərəkatının baş katibinin müavini Mühəndis Nasil Əl-Şammari hökümətin İŞİD-lə bağlı mövqeyini tənqid etdi
Rasthaber Azərbaycan xəbər verir ki, İraqın “Nücəba” İslami Müqavimət Hərəkatının baş katibinin müavini Mühəndis Nasil Əl-Şammari, İŞİD terrorçularının hücumlarının artımına işarə olaraq tvitter hesabından açıqlama verib.
O “16 günlük bir vaxtda; 15.08.2021 və 31.08.2021 tarixləri arasında İŞİD terror qruplaşması, hökümətin müdafiəyə keçmə qərarı səbəbilə İraq ordusuna və məsum xalqa qarşı 34 terror hücumu həyata keçirdi.”
Əl-Şəmmari “Bu təhlükəli olay, bu qərarın yenidən nəzərdən keçirilmçəsinə və İŞİD-ə qarşı önləyici hücumlarla bağlı yeni bir qərar alınmasına yol açmayacaqmı?”, -deyə əlavə edib.
İraqın “Nücəba” İslami Müqavimət Hərəkatının baş katibinin müavini sonra deyib: “Bu sahədə və bu cür toqquşmalara, daha çox təcrübəyə malik olan Haşdi Şabi liderliyindəki bütün təhlükəsizlik güclərinin qatılması lazımdır. Görəsən hökümətin belə bir cəsur qərar verməyə gücü vardırmı?”