Az.rasthaber.com İran mediasına istinadən xəbər verir ki, Seyid Həsən Nəsrullah Əziz İslam Peyğəmbəri Həzrət Muhəmmədi Mustafa (s) və İmam Cəfəri Sadiqin (ə) mübarək viladətlərinin ildünümü və "Vəhdət Həftəsi" nin gəlib çatması münasibəti ilə bütün müsəlmanları təbrik edib.
O, çıxışı zamanı məzlum Fələstin xalqının çəkdiyi əzab-əziyyətə toxunaraq, deyib: "Heç bir azadlıqsevər insan Fələstinə, məzlum Fələstin xalqına və onların müqəddəslərinə biganə qala bilməz".
Seyid Həsən Nəsrullah, həmçinin təcavüzkar Səudiyyə koalisiyasının Yəməndə törətdiyi cinayətlərə işarə edərək, beynəlxalq ictimaiyyəti Yəməndəki qurbanları qınamaq əvəzinə milyonlarla yəmənlinin istək və iradəsini dinləməyə çağırdı.