Ənsarullahdan Səudiyyə Ərəbistanına xəbərdarlıq

Ənsarullahdan Səudiyyə Ərəbistanına xəbərdarlıq

Oman nümayəndə heyəti Yəmənin Ali Siyasi Şurasının rəhbəri və Ənsarullah hərəkatının ali rəhbərlərindən olan Mehdi əl-Məşəd ilə görüşüb.

Az.rasthaber.com xəbər verir ki, Yəmənin Ənsarullah Hərəkatı Oman nümayəndə heyətinin Mehdi əl-Məşədlə görüşündə Yəmən xalqının tələblərinin yerinə yetirilməyəcəyi təqdirdə atəşkəs olmayacağını açıq şəkildə səud təcavüzkarlarına xəbərdar edib.

Bu görüşdə Mehdi əl-Məşat Omanın səylərini alqışlayıb və deyib: Biz xalqımızın hüquqlarını müdafiə etməkdən və sərvətlərini qorumaqdan heç vaxt əl çəkməyəcəyik.

Ənsarullah Hərəkatının rəsmisi Oman nümayəndə heyətinə müraciət edərək deyib:

"Biz Sənanın Yəmən xalqına və ümumilikdə regiona sabitlik və firavanlıq gətirəcək ədalətli və ləyaqətli sülh istəyini vurğulayırıq.

Yəmən xalqının haqlı və ədalətli tələbləri yerinə yetirilməsə, atəşkəsi qorumaq mümkün olmayacaq.

Bu tələblərə Yəmənin neft və qaz sərvətindən bütün dövlət işçilərinin maaşlarının ödənilməsi, bütün hava limanlarının və limanların açılması daxildir. 

Yəmən millətinin səbri sonsuz deyil, xəbərdar edirik ki, millətimizin mənafeyini qorumaq üçün tədbirlər görə bilər".

Xəbəri paylaş

VİDEOLAR