Ənsarullahdan Ərəbistana XƏBƏRDARLIQ

Ənsarullahdan Ərəbistana XƏBƏRDARLIQ

Yəmən Ənsarullah Hərəkatı tərəfindən verilən açıqlamada Səudiyyə Ərəbistanından İsrailə dəstək verən koalisiyada yer almaması istənilib.

Az.rasthaber.com xəbər verir ki, Ənsarullah bəyanatında Ərəbistana xəbərdarlıq edərək deyib:

“Biz Səudiyyə Ərəbistanının İsraili dəstəkləyən heç bir koalisiyada iştirakını istəmirik. Səudiyyə Ərəbistanı İsraillə əməkdaşlıq etsə, onun gələcəyi təhlükə altında olacaq. Səudiyyə Ərəbistanı və BƏƏ-yə İsrailin yanında olmamağı tövsiyə edirik”.

Ənsarullah bəyanatına bu ifadələrlə davam edib:

“Hər bir ölkə Yəməni bombalamaq üçün hava məkanını düşmənə açsa, ona cavab verəcəyik.

Misirin Qırmızı dənizdəki ABŞ koalisiyasında iştirak etməməsini nəzərə alsaq, bu, Süveyş kanalının təhlükəsizliyinə səbəb oldu (Yəmən tərəfdən)".

Digər tərəfdən, Reuters agentliyi Ərəbistanın Qırmızı dənizdəki ABŞ koalisiyasına niyə qoşulmadığına da toxunaraq yazıb:

“Səudiyyə Ərəbistanı ABŞ-ın yaratdığı dəniz işçi qrupuna qoşulmadı, çünki İranla münasibətlərini korlamaq istəmirdi”.

Xəbəri paylaş

VİDEOLAR