Yəmənin Ənsarullah Hərəkatı Birləşmiş Ərəb Əmirliklərinin Yəmənə qarşı ABŞ ilə kəşfiyyat və sahə əməkdaşlığı barədə xəbərdarlıq edərək, Əbu-Dabi və Dubay şəhərlərini raket hücumları ilə hədələyib.
Az.rasthaber.com Mehr-ə istinadən xəbər verir ki, Yəmənin Ənsarullah Rəhbərlik Şurasının üzvü Məhəmməd Əl-Fərəh X-dən Birləşmiş Ərəb Əmirliklərinin siyasi liderlərinə göndərdiyi mesajda ABŞ-ın Yəmənə hücumları ilə bağlı bu ölkəyə kəşfiyyat dəstəyi verən və bu sahədə əməkdaşlıq edən bütün xainlərin yəmənlilərin cavab hücumlarına məruz qalacağını vurğulayıb.