Ənsarullah və Nücəba hərəkatlarından Yəhya Sinvarın HƏMAS-ın rəhbəri seçilməsinə reaksiya

Ənsarullah və Nücəba hərəkatlarından Yəhya Sinvarın HƏMAS-ın rəhbəri seçilməsinə reaksiya

Yəmən Ənsarullah Hərəkatının Siyasi Ofisi Yəhya Sinvarın HƏMAS-ın Siyasi Ofisinin yeni rəhbəri seçilməsini təbrik edib və bunu sionist düşmənə zərbə hesab edib.

Az.rasthaber.comxəbər verir ki, Yəmən Ənsarullah Hərəkatının Siyasi Ofisi Yəhya Sinvarın HƏMAS-ın Siyasi Ofisinin yeni rəhbəri seçilməsini təbrik edib, Sinvarın seçilməsinin HƏMAS-ın hələ də güclü olduğunu göstərdiyini vurğulayıb.

 

Ənsarullahın bununla bağlı yaydığı bəyanatında bildirilir: “HƏMAS-ın bu tarixi məqamda və həssas vəziyyətdə bu böyük boşluğu doldurmaq bacarığı sionist düşmənə zərbədir.”

 

Bəyanatda əlavə olunur: “Düşmən Qəzzədə 300 gündən çox qətlam və dağıntılarla HƏMAS-ı darmadağın etməyi və müqavimət əməliyyatlarının qarşısını almağı düşünürdü. Amma HƏMAS-ın siyasi və hərbi rəhbərliyi, xalq arasında populyarlığı sübut etdi ki, bu hərəkat Fələstin xalqının hüquqlarının və onun ideyasının keşikçisidir.”

Xəbəri paylaş

VİDEOLAR