Ənsarullah Səudiyyəyə bağlı qüvvələrin əlindən bəzi bölgələri alıb

Ənsarullah Səudiyyəyə bağlı qüvvələrin əlindən bəzi bölgələri alıb

Yəməndə Səudiyyəyə bağlı Birgə Hərbi Qüvvələrin geri çəkildiyi strateji əhəmiyyətli bölgələrdə Ənsarullah və Yəmən ordusu nəzarəti ələ keçirib.

Rasthaber Azərbaycan xəbər verir ki, Səud rejiminə bağlı qüvvələr noyabrın 11-12-də Hudeydə vilayətinin Et-Tuheytə bölgəsindən geri çəkilib.

Birgə Hərbi Qüvvələrin geri çəkilməsindən sonra strateji əhəmiyyətli bölgənin nəzarəti Ənsarullahın əlinə keçib.

Digər tərəfdən, Hudeydənin Hoha şəhərinin Hayme bölgəsində hökumət qüvvələri ilə Ənsarullah arasında baş verən qarşıdurmada ölən və yaralananların olduğu bildirilib.

Hudeydədəki sürpriz geri çəkilmələr Ənsarullahın bölgədəki nəzarətini artırıb.

Xəbəri paylaş

VİDEOLAR