“Əl Məsirə” telekanalının məlumatına görə, Yəmənin Ənsarullah Hərəkatının siyasi bürosunun üzvü Əli əl-Kəhum deyib: “Bizim uzaqmənzilli ballistik raketlərimiz var. Bunlar sionist rejimin narahatlığına səbəb olub”.
Az.rasthaber.com xəbər verir ki, Əli əl-Kahum Yəməndə müvəqqəti atəşkəs barədə deyib:
“Biz humanitar ölçüləri nəzərə alan və blokadaya son qoymağı hədəfləyən atəşkəsi qəbul etdik, lakin təcavüzkar ölkələr hərbi əməliyyatları gücləndirməkdə israrlıdır”.
Ənsarullah rəsmisi Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya qüvvələrini Yəməndə Əl-Qaidə terror təşkilatına dəstək verməkdə ittiham edib.
Əli əl-Kahum bildirib ki, Ənsarullah ölkənin suverenliyini müdafiə etməyə hazırdır:
"Atəşkəs siyasi həllə aparan qapıdır, lakin təcavüzkar ölkələr İŞİD və Əl-Qaidəni gücləndirməyə çalışır".