Yəmən Ənsarullah Hərəkatı Qırmızı dəniz və Hind okeanında qanadlı raket və pilotsuz dəniz vasitəsi ilə iki gəmini vurduqlarını açıqlayıb.
Az.rasthaber.com xəbər verir ki, Ənsarullah Hərəkatının Hərbi Sözçüsü Yəhya Seri verdiyi açıqlamada "Transworld Navigator" adlı gəminin Qırmızı dənizdə pilotsuz dəniz vasitəsi ilə hədəf alındığını qeyd edib.
Seri, Stolt Sequoia adlı başqa bir gəminin də Hind okeanında qanadlı raketlə müvəffəqiyyətlə vurulduğunu açıqladı.
Hərbi sözçü gəmilərin işğal olunmuş Fələstin limanlarına giriş qadağasını pozduqları üçün hədəf alındığını bildirib.