Fələstin torpaqları artıq sionistlər üçün təhlükəsiz deyil - Ənsarullah lideri
Yəmən inqilabı lideri və Ənsarullah hərəkatının rəhbəri Seyid Əbdülməlik Bədrəddin əl-Husi cümə axşamı Qəzzada baş verən son hadisələrlə bağlı çıxış edərək deyib: Sionist rejim öz vəhşi hücumlarını və kütləvi qırğınla müşayiət olunan müharibəni davam etdirir.
"42-ci həftədir ki, İsrail "təhlükəsiz" elan etdiyi qaçqınlar düşərgəsi və müxtəlif mərkəzlərə hücum edir" söyləyən Bədrəddin Əl-Husi deyib:
"Qəzzada olan amerikalı həkimin ifadəsi bu müharibənin daha çox uşaqları hədəf aldığını sübut edir. Bu amerikalı həkim bildirib ki, 30 il ərzində gördüyü faciələri o Qəzzada cəmi bir həftədə müşahidə edib. Çünki sionist rejimdə olan hər kəs insanlıqdan xəbərsizdir!