Düşmənlər Yəmən xalqı arasında müxtəlif bəhanələrlə ixtilaf və nifaq salaraq ölkə üzərinə ağalıq etmək istəyirlər.
Az.rasthaber.com “ParsToday”-a istinadən xəbər verir ki, bu barədə Yəmənin Ənsarullah hərəkatının Baş katibi Əbdül-Məlik Bədrəddin Ali Husi bildirib.
O, Yəmən xalqının qardaşlıq, əməkdaşlıq və həmrəylik kimi həqiqi xüsusiyyətlərini nümayiş etdirən yəmənlilər arasında görüş və məsləhətləşmələrin olduğunu deyib.
Ali Husi ictimai sakitliyin möhkəmlədilməsi və mübahisələrin həlli, həmçinin hakimiyyət və cəmiyyət arasında qarşılıqlı əlaqə ilə bağlı çağırış edib.