Ənsarullah lideri: Amerika İsrailin Fələstindəki cinayətlərində şərikdir

Ənsarullah lideri: Amerika İsrailin Fələstindəki cinayətlərində şərikdir

Yəmən Ənsarullah Hərəkatının lideri ABŞ-ın düşmən sionist rejimin fələstinlilərə qarşı cinayətində şərik olduğuna işarə edərək vurğulayıb ki, əgər Amerika olmasaydı, sionist rejim belə bir cinayət törətməyə cürət etməzdi.

Az.rasthaber.com xəbər verir ki, Yəmən Ənsarullah Hərəkatının Baş katibi Seyid Əbdülməlik əl-Husi Məhəmməd peyğəmbərin (s) mövlud ildönümü ərəfəsində deyib: “İslam ümməti müxtəlif formalarla düşmənlər tərəfindən hədəfə alınıb və müstəqil ümmət kimi mövcudluğunu təhdid edən təhlükələrlə üz-üzədir.” 

 

Ənsarullah lideri cihadın kafir və münafiqlərin qarşısını almaq və onların hiylələrinə qalib gəlməyin yeganə yolu olduğuna işarə edərək deyib: “Allah-Təala yolunda cihad əmri bu məsələnin Peyğəmbərin (s) risalət və dini vacibatlarının bir hissəsi kimi əhəmiyyətini göstərir.” 

 

Ənsarullah lideri vurğulayıb: “İslam ümmətinin Uca Allahın əmrlərinə tabe olmaqdan başqa heç bir nicat və qurtuluşu yoxdur. Bunlardan biri də Quran anlayışlarına və Allah Rəsulunun sözlərinə əsaslanan cihad və onun cihad yoludur.” 

 

Seyid Əbdülməlik əl-Husi müsəlmanların Fələstin xalqının soyqırım edilməsi cinayətinə qarşı mövqelərini biabırçı mövqe adlandıraraq deyib: “Düşmən təhlükəsiz elan etdikləri yerlərdə Amerikanın öldürücü bombalarından istifadə edərək, parça çadırlarında olan fələstinli qaçqınları hədəf almağa davam edir.” 

 

Ənsarullah lideri deyib: “Bəzi ərəb hökumətləri, rejimləri və liderlərinin mövqeyi düşmən İsrail ilə ortaq olmaq və Fələstin xalqını hədəf almaq üçün onunla əməkdaşlıq etməkdir.”

Xəbəri paylaş

VİDEOLAR