Ənsarullah lideri: ABŞ və İsrail müsəlmanların düşmənidir

Ənsarullah lideri: ABŞ və İsrail müsəlmanların düşmənidir

Yəmənin "Ənsarullah" hərəkatının lideri Əbdülməlik əl-Husi müsəlmanların əsl düşməninin ABŞ və İsrail olduğunu və bu düşmənlərin Yəmən xalqını bölməyə çalışdığını bəyan edib.

Az.rasthaber.com xəbər verir ki, o, bu sözləri əl-Cəuf əyalətindən olan qəbilələrin nümayəndələri ilə görüş zamanı deyib.

"Cəuf xalqı arasında təhlükəsizlik və sabitlik, anlayış və qardaşlıq, ictimai barışıq, birliyin yaradılması üçün çalışmalıyıq", - deyə o qeyd edib.

Əl-Husi Yəmən xalqı arasında qardaşlıq və birliyi gücləndirən hər cür tədbirdən məmnun olduğunu ifadə edib.

Onun sölərin görə, düşmənlər Yəmən xalqını müxtəlif dəstələyə bölərək onu parçalamaq istəyir, həqiqətdə isə müsəlmanların əsl düşməni ABŞ və İsraildir.

"Düşmənlər İslam ümmətinin daxilindəki problemlərdən öz mənfəətləri üçün istifadə etməyə çalışırlar. İsrail və onun muzdluları (BƏƏ, Səudiyyə Ərəbistanı - red.) Yəmən xalqını ortaq düşmən kimi görür", - deyə o qeyd edib

Səudiyyənin İsrail rejimi və Yəmən xalqı ilə münasibətlərdə ikili standartlara əl atdığını deyən əl-Husi bildirib ki, ər-Riyadın BƏƏ-yə səfər edən İsrail rejimi prezidenti üçün öz hava sahəsini açdığı halda Yəmən xalqını hərtərəfli blokadada saxlayır.

"Ənsarullah" lideri bu blokadanın cinayət olduğunu vurğulayaraq bəyan edib ki, bu mühasirə bir çox problemlərə səbəb olub.

"Buna görə də bir olmaq və ölkənin təslim olmaması üçün hər kəsin səy göstərməyi bizim vəzifəmizdir", - deyə o əlavə edib.

Xəbəri paylaş

VİDEOLAR