Yəmənin"Ənsarullah" hərəkatının Baş katibi Seyid Əbdülməlik əl-Husi deyib
Rasthaber Azərbaycan eastnews-a istinadən verdiyi xəbərə görə, Yəmənin"Ənsarullah" hərəkatının Baş katibi Seyid Əbdülməlik əl-Husi dünən axşam saatlarında televiziya vasitəsilə çıxış edib.
Seyid Əbdülməlik əl-Husi çıxışı zamanı ABŞ və işğalçı İsrail rejimini hədəfə alaraq tənqidi fikirlər səsləndirib.
"İsrail rejimi son vaxtlar fələstinlilərə qarşı təzyiqləri daha da artırıb. İslam ümməti bu təzyiqlər qarşısında səssiz qalmamalıdır", - deyə Seyid Əbdülməlik əl-Husi diqqətə çatdırıb.
Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinin İsrail rejiminə xidmət etmək üçün çalışdığını vurğulayan Seyid Əbdülməlik əl-Husi bu xidmətlərin yaxın gələcəkdə boşa gedəcəyini hər kəsin görəcəyini sözlərinə əlavə edib.
"ABŞ Livan "Hizbullah"ı ilə mübarizə apara bilmədi. Buna görə də başda Livan və Suriya olmaqla bölgə ölkələrini hədəfə aldı. Lakin sanksiyalar "Hizbullah" hərəkatını zəiflətməyəcək", - deyə "Ənsarullah" Baş katibi qeyd edib.