Ənsarullah: İsraillə normallaşma İslam və müsəlmanlara qarşı müharibədir

Ənsarullah: İsraillə normallaşma İslam və müsəlmanlara qarşı müharibədir

BƏƏ rəhbərləri İsrail rejimi üçün muzdlu əsgərlərdir.

Az.rasthaber.com xəbər verir ki, bunu Yəmənin "Ənsarullah" hərəkatının rəsmisi Məhəmməd Əbdüssalam bəyan edib.

O, BƏƏ-nin Yəmənə hücumlarını isə sionist rejimə "xidmət" adlandırıb.

Əbdüssalam bildirib ki, İsrail rejimi ilə münasibətləri normallaşdırmaq İslam və müsəlmanlara qarşı müharibə deməkdir.

"İsrailin hələ BƏƏ kimi misilsiz bir muzdlu əsgəri olmamışdı. Onlar İsraili razı etmək üçün hədsiz şəkildə düşmənə xidmət etməyə hazırdırlar, amma bu, İsraili əsla razı olmayacaq. BƏƏ-nin Yəmənə hücumları bu istamətdə İsrailə göstərilən xidmətlərdən biridir", - deyə o qeyd edib.

"Düşmən olan İsrail və onun əlaltıları, inşallah, bir gün millətlərin lənətinə düçar olacaq və bu lənət onların hamısını bürüyəcək", - deyə Əbdüssalam əlavə edib.

Xəbəri paylaş

VİDEOLAR