Yəmən Ənsarullah Hərəkatı “İraqda İslami Müqavimət” hərəkatı ilə birlikdə sionist İsrailə qarşı 2 hücumun həyata keçirildiyini bildirib.
Az.rasthaber.com xəbər verir ki, Ənsarullahın verdiyi açıqlamada Aralıq dənizi sahillərində və sionist İsrailin Hayfa limanında 5 gəminin hədəf alındığı bildirilib.
Açıqlamada, "İlk hücumda işğal altındakı Fələstin limanlarına girişin qadağan edilməsi qərarını pozan şirkətlərə məxsus 2 yük gəmisi və 2 sement tankeri çoxlu sayda pilotsuz təyyarə ilə hədəfə alınıb" ifadələri işlədilib.
Digər hücumda isə Aralıq dənizindəki Hayfa limanına gedən gəminin hədəf alındığı və hücumların 'tam zərbə' olduğu qeyd edilib.
Açıqlamada, hücumların qatil İsrailin Qəzza zolağında fələstinlilərə qarşı törətdiyi cinayətlərə cavab və Fələstin xalqına dəstək məqsədilə həyata keçirildiyi bildirilib.